Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“ODAD” markasından yeni məhsul - ƏLA NÖV UN

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ODAD” markasından yeni məhsul - ƏLA NÖV UN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Delta Qrup C.O.” MMC fəaliyyət göstərdiyi müddət ərzində istər distribusiya, istərsə də yerli istehsalat sahəsində təqdim etdiyi yeniliklərlə alıcılara daim xidmət göstərir.

 

Reklam_3_11

Şirkət illərdir ölkə bazarında un istehsalçıları üzrə liderlərdən biri olaraq qalır. Son günlərdə “Delta Qrup C.O.” MMC  “ODAD” markasına məxsus əla növ un istehsalına başlamışdır.

 

Məlum olduğu kimi unun keyfiyyəti ilk öncə istifadə olunan buğdanın keyfiyyətindən asılıdır. Müəssisəmizin daxilində taxıl məhsullarının tədarükü və saxlanması üçün hər birinin tutumu 4 min ton olan 6 anbar mövcuddur. Anbarda quraşdırılmış təmizləmə və qurutma sistemləri tədarük olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət ərzində saxlanmasına imkan verir. Kompleksin tərkibində taxıl anbarının olması xammal bazasının yaradılması baxımından əhəmiyyətli rola malikdir. Gündəlik istehsal gücü 250 ton olan dəyirman kompleksimizdə ən son texnologiya sayılan quru təmizləmə sisteminin tətbiqi digər ənənəvi dəyirmanlardan fərqli olaraq daha geniş həcmdə əla, birinci və ikinci növ keyfiyyətli un istehsalına tam şərait yaradır.

 

Bununla yanaşı unlarımızın istehsal prosesinin hər mərhələsi işinin peşəkarları tərəfindən ciddi şəkildə nəzarət olunur. ODAD unları yüksək keyfiyyətli buğdadan hazırlanaraq keyfiyyət nəzarət laboratoriyasında sınaqdan keçirildikdən sonra ən son texnologiyalar sayəsində əldəymədən avtomatik şəkildə qablaşdırılaraq satışa çıxarılır. Məhsulumuz 1 kq və 2 kq keyfiyyətli qablaşdırılmalarda müştərilərə təqdim olunmaqdadır.

 

Gigiyenik şərtlərə uyğun istehsal edilən ODAD unları xanımlarımızın ləziz şirniyyatlarının hazırlanmasında bir nömrəli seçimi olacaq.

 

Yüksək keyfiyyəti ilə qabaqcıl Avropa markaları ilə müqayisə olunacaq məhsul alıcılarımızın düşünmədən seçim edəcəyi marka olmağı hədəfləyib.

24.09.2018 16:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ