"Keşiş Branson bu ay sərbəst buraxıla bilər" - LİRƏ BAHALAŞIR

ABŞ-ın xarici işlər naziri Mike Pompeo, "Keşiş Branson bu ay sərbəst buraxıla bilər" deyib.

 

"Marja" xəbər veri ki, Pompeo, "Türkiyə rəsmiləri ilə Bransonın vəziyyətini bu həftə müzakirə etməyi gözləyirik" ifadəsini istifadə edib.
 

Amerikanın "Wall Street Journal" (WSJ) qəzeti, Endryu Bransonın 12 Oktyabrdakı məhkəmədə sərbəst buraxılacağını yazmışdı.
 

Qəzetə danışan bir Türkiyə rəsmisi, Bransonın Oktyabr ayındakı məhkəmədə sərbəst buraxılması ilə bağlı "ehtimal olunur" ifadəsini işlətmişdi.

 

Xəbərin ardından Türk Lirəsi Dollar qarşısında 3,3% dəyər qazanıb. Dollar 6.0860 lirəyə düşüb (Saat 20:45-ə olan məlumat)

24 Sentyabr 2018 , 20:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin