Səudiyyə şirkətləri Azərbaycana 368 milyon dollar yatırıblar

Səudiyyə Ərəbistanının dövlət və özəl şirkətlərinin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələrin ümumi həcmi 368 milyon dollardır.

 

Bu barədə Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə Bakıda təşkil olunmuş qəbulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

M.Qurbanlı qeyd edib ki, Azərbaycan üçün Səudiyyə Ərəbistanı ilə tikinti, infrastruktur, enerji, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığı genişləndirmək vacibdir.

 

Öz növbəsində, Səudiyyə Ərəbistanının Azərbaycandakı müvəqqəti işlər vəkili Mamduh Əliyarb qeyd edib ki, Ər-Riyad Bakı ilə münasibətlərə xüsusi önəm verir:

 

"İki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərləri və bir çox mühüm sənədlərin imzalanması ikitərəfli münasibətlərin aydın göstəricisidir".

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Trend

25 Sentyabr 2018 , 07:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin