Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Koordinasiya Qrupu yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında Koordinasiya Qrupu yaradılır

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında" qərar qəbul edib.

 

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

 

Qərarda deyilir.

 

1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılsın.

 

2. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi” təsdiq edilsin.

 

3. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunda təmsil olunmuş dövlət qurumunun nümayəndəsi ilə əmək münasibətlərinə xitam verildikdə, yaxud həmin nümayəndənin başqa səbəblərdən Koordinasiya Qrupunun işində iştirakı mümkün olmadıqda, həmin dövlət qurumu bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş tərkibdə göstərilən nümayəndəsini əvəz etsin və Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu barədə məlumatlandırsın.

 

4. Kiçik və orta biznes evlərinin əhatə etdiyi ərazilər üzrə rayon (şəhər) icra hakimiyyətləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Koordinasiya Qrupuna nümayəndələrinin ayrılmasını təmin etsinlər.

25.09.2018 06:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ