Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dollar 2%-ə kimi bahalaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar 2%-ə kimi bahalaşa bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İngiltərə və Avropa Birliyi arasında dialoqun sərtləşməsi, beynəlxalq birjalarda da avro və funt sterlinqin qiymətlərinə mənfi təsir edib.


 

Reklam_3_11

EUR və GBP təzyiq altında

 

Dünya valyuta birjalarında İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” danışıqları fonunda risklərin artması, avro və funt sterlinqin qiymətlərini təzyiq altında saxlayır və dollara olan tələb artır. Belə ki, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.18 və 1.32$-ın altında ticarət edilirlər.

 

Bazar ertəsi İngiltərə hökümət nümayəndələrinin iclasından sonra mətbuata müsahibə verən "BREXIT" naziri Dominik Raab bildirib ki, baş nazir Tereza Meyin mövqeyi dəyişməzdir. Keçən həftənin çərşənbə günü AB sammitində İngiltərə hökümətinin şərtləri geri çevirildikdən sonra Tereza Mey cümə günü daha çox hörmət və yeni təkliflər tələb edib. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

Almaniyanın baş naziri isə bazar ertəsi açıqlamasında vurğulayıb ki, bugünə kimi müxtəlif İngiltərə hökümətləri AB haqqında mənfi fikirlər səsləndiriblər və özlərinin də eyni situasiya ilə qarşılaşmaları təəccüb doğurmamalıdır. "Mən İngiltərənin AB-dən ayrılmasını dostluq münasibətləri çərçivəsində baş verməsini istəyirəm. Lakin nə isə yolunda getməyəndə həmişə Brüssel günahkar olub. Bu düzgün mövqe deyil". 

 

Foreks: Dollar 2%-ə kimi bahalaşa bilər 

 

Bununla yanaşı, Amerika Mərkəzi Bankının (FED) çərşənbə günü cari il ərzində üçüncü faiz artımına gedə biləcəyi proqnozları da dolların aparıcı valyutalara nisbətən qiymətlərinə dəstək olur. Bazar ertəsi ABŞ ilə Cənubi Koreya arasında yeni ticarət sazişinin imzalanması, dolların bahalaşmasına təsir edən müsbət amillər arasındadır.

 

Dollar indeksinin təhlillərinə əsasən, qiymət son üç ayın maksimum səviyyəsi üzərində qaldıqca, 95.50 punkta kimi bahalaşa bilər. Bu öz növbəsində, EUR/USD məzənnəsinin 1.1732$, GBP/USD valyuta cütlüyünün qiymətinin isə 1.3056$-ı aşağı istiqamətdə qıra biləcəkləri proqnozlarını da gücləndirir. Bu baş verərsə, avro 1.1684$, funt sterlinq isə 1.2904$-a kimi dəyər itirə bilər. 

 

Bu gün Bakı vaxtı ilə saat 18:00-da açıqlanacaq ABŞ-ın istehlak bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

25.09.2018 06:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ