Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sərt tələblərə görə müraciət edən iş adamı olmadı - QAYDALARA YENİDƏN BAXILACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sərt tələblərə görə müraciət edən iş adamı olmadı - QAYDALARA YENİDƏN BAXILACAQ

Azərbaycan hökuməti işsizlik sığortası hesabına işə yeni qəbul edilən işçilərinin əmək haqqının bir hissəsinin dövlət tərəfindən ödənilməsi qaydalarına yenilən baxmağa hazırlaşır.

 

Buna səbəb həmin yeniliyə sahibkarların maraq göstərməməsi olub.

 

Xatırladaq ki, yeni qaydalara əsasən, işə bir sıra təbəqələrdən olan işçilərin qəbulu zamanı ödənilən əmək haqqının bir hissəsini – 50%-ə qədərini dövlət ödəycəkdi. Məqsəd, məşğulluğun artırılması və bəzi kateqoriyaların sosial müdafiəsini güclənldirmək idi.

 

Amma ilk baxışdan cədbedici görünsə də, Azərbaycanın iş adamları və şirkətləri bu yeniliyə maraq göstərməyiblər. Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, indiyədək  bu yeniliyin tətbiqi üçün müraciət edən iş adamı olmayıb.

 

Bunun səbəbi həmin qaydalarda bir sıra sərt tələblərin olmasıdır. Belə ki, qaydalara görə, bu proqramda yalnız o şirkətlər iştirak edə bilər ki, orada işçilərin 40 faizi xüsusi dəstəyə ehtiyacı olan insanlar olsun. Bnlar əlillər, məcburi köçkünlər, 20 yaşadək olan gənclər, cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslər, pensiya yaşına 2 il qalmış şəxslər, əlil uşaqları olan valideynlərdir. Əgər işçilərin 40 faizini bu insanlar təşkil etmirsə həmin şirkətin bu proqramda iştirak etmək hüququ olmur.

 

Bundan başqa, şərtlərə görə, proqramda iştirak etmək istəyən şirkətlər ən azı son bir ildə fəaliyyət göstərmiş olmalı, son bir il müddətində işçi sayında ixtisar etməməli, ümumiyyətlə son bir ildə bu şirkətdə heç kim işdən çıxarılmamalı, vergi borcları və digər öhdəlikləri olmamalıdır.

 

Müşahidələr göstərir ki, bu tələblərə cavab verən şirkətlər demək olar ki, yox səviyyəsindədir. Çünki heç bir şirkətdə işçilərin 40%-i göstərilən təbəqəyə aid deyil, üstəlik, son bir ildə bir işçini belə, nəinki ixtisar, hətta hər hansı səbəbdən işdən çıxarmayan şirkət tapmaq müşkül məsələdir.

 

Məhz bu səbəblərdən Məşğulluq Xidmətinin təklifi nə qədər cəlbedici olsa da, ona maraq göstərən iş adamları olmayıb.

 

Buna görə də, hökumət həmin qaydaya yenidən baxaraq onu reallıqlara uyğunlaşdırmağa məcbur olub. Hökumətdən verilən məlumata görə, yeni qaydalarda bəzi tələblər, o cümlədən işçilərin tərkibi ilə bağlı 40%-lik tələb, eləcə də son bir ildə heç bir işçinin işdən çıxarılmaması ilə bağlı tələb ya yumşaldılacaq, ya da tamamilə aradan qaldırılacaq.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© FED

25.09.2018 07:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ