Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kiçik və isçisi az şirkətlər üçün yeni tibbi sığorta məhsulu - QİYMƏTİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik və isçisi az şirkətlər üçün yeni tibbi sığorta məhsulu - QİYMƏTİ

"AXA MBASK" Sığorta Şirkəti könüllü tibbi sığorta sahəsində yeni məhsul hazırlayıb.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, kiçik və orta biznes sahibləri üçün nəzərdə tutulmuş unikal "Qayğıkeş sahibkar" paketi təklif olunur.

 

Məhsulun əsas üstünlükləri optimal tibbi xidmətlərin seçimi, sadə və aydın təklif, cəzbedici qiymətdir. Məhsula həm ambulator, həm də stasionar yardım - yəni şirkət əməkdaşlarının korporativ könüllü tibbi sığorta sahəsində ən çox istifadə etdiyi seçimlər daxildir. Məhsulun əsasını funksionallıq, rahatlıq, keyfiyyət və əlverişlilik təşkil edir.

 

"Korporativ könüllü tibbi sığorta bazarı şahadətnamələrin bahalığı səbəbindən kiçik və isçi sayı az şirkətlər üçün məhduddur. Lakin ölkənin iqtisadi inkişaf planına uyğun olaraq bu şirkətlərin sayı hər gün artmaqdadır. Məhz belə şirkətlərin iş prossesini stabil saxlamaq məqsədi ilə, AXA MBASK mütəxəssisləri unikal xüsusiyyətləri olan, kiçik və orta bizneslə könüllü tibbi sığorta proqramı çərçivəsində fəal şəkildə işləməyə imkan verən, müştərilərə keyfiyyətli xidmət göstərən məhsul işləyib hazırlayıblar",- məlumatda deyilir.

 

Yeni məhsulun qiyməti hər əməkdaş üçün aylıq 15 AZN təşkil edəcək. Müqavilə ilkin tibbi müayinə olmadan bağlanır və şahədətnamə ödənildiyi andan qüvvəyə minir. Şahədətnamə bütün ölkə ərazisində etibarlıdır.

 

Qeyd etmək lazımdır ki, "Qayğıkeş sahibkar" kiçik və orta biznes nümayəndələrinə keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi proqramı çərçivəsində şirkətin ilk məhsuludur. Gələcəkdə bu seqment üçün digər yeni sığorta məhsullarının da buraxılması planlaşdırılır.

25.09.2018 07:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ