Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Güclü yağışın sığortalılara vurduğu ziyan açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Güclü yağışın sığortalılara vurduğu ziyan açıqlandı

23 sentyabr səhər saatlarında Bakı şəhərində baş vermiş güclü yağış nəticəsində bir çox əmlaklara - yaşayış evlərinə və kommersiya obyeklərinə ziyan dəymişdir. Bununla bağlı bu günə AZSIĞORTA-ya 40-a yaxın müraciət daxil olmuşdur.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, bu müraciətlər, daşınar və daşınmaz əmlaklara dəyən zərərlərlə bağlıdır. İlkin hesablamalara görə, sığortalılara dəymiş ziyanın ümumi məbləği təqribən 350 - 400 min manat ətrafında dəyərləndirilir.

 

Hazırda, AZSIĞORTA-nın əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və hər bir hadisə üzrə dəymiş zərər məbləğini dəqiqləşdirirlər. Ödənişlər, müvafiq sənədlər hazırlanandan sonra, ən qısa zamanda həyata keçiriləcəkdir.

 

Qeyd edək ki, güclü yağış nəticəsində əmlaklarına dəyən ziyan ilə bağlı, bütün AZSIĞORTA müştəriləri *6565, *7676, (012) 505 66 66 və (012) 565 66 66 nömrələr vasitəsilə şirkətə müraciət edə bilərlər.

 

Daşınmaz əmlakın icbari sığortası yanğın və ya digər hadisələr nəticəsində əmlakinızın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

25.09.2018 08:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ