Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tikinti obyektlərinin istismara qəbulu prosesi asanlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti obyektlərinin istismara qəbulu prosesi asanlaşdı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən tikinti obyektlərinə verilmiş texniki şərtlər əsasında hazırlanmış elektrik və qaz təchizatı layihələrinin ekspertiza və qeydiyyatı 3 iş günü müddətində həyata keçirilir.

 

Reklam_3_11

Nazirliyin yaydığı məlumata görə, hazırda istehlakçıların, eləcə də sahibkarların elektrik və qaz təchizatına qoşulması üçün layihələr tikinti-quraşdırma  işlərinə başlamazdan əvvəl razılaşdırılır. Bu isə həmin obyektlərin istismara qəbulu prosesində yarana biləcək problemlərin vaxtında aradan qaldırılmasına, eyni zamanda ləngimə hallarının qarşısının alınmasına xidmət edir.

 

Agentliyinin regional bölmələri  tərəfindən 2018-сi ilin yanvar-avqust aylarında enerji təzhizatı üçün 68 layihə razılaşdırılıb. 1127 sayda idarə və müəssisənin  isə qaz təchizatının layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb, 37 sayda layihə-smeta sənədinin  qeydiyyatından imtina  edilib.  

 

"Tikinti obyektlərinin elektrik və qaz təsərrüfatlarının istismara qəbulu prosesi də Agentliyin regional bölmələri tərəfindən qanunvericiliyin tələblərinə ciddi əməl edilməklə tam obyektiv və şəffaf şəkildə həyata keçirilir. Belə ki, əvvəlki dövrlərlə müqayisədə elektrik enerjisi və qaz  təchizatı üçün quraşdırılmış qurğuların istismara buraxılması üçün akt alınması prosesi sadələşdirilib, tələb olunan sənədlərin sayı əhəmiyyətli dərəcədə azaldılıb. İstismara buraxılma aktlarının verilmə  müddəti  isə 5 iş gününə endirilib",- məlumatda deyilir.

 

2018-сi ilin yanvar-avqust ayları ərzində  istehlakçıların  elektrik qurğularına 151 sayda istismara buraxılma aktı verilib. 1090 sayda  sənaye qaz qurğusu  istismara qəbul edilib.  159 sayda  sənaye qaz qurğusu isə  qaz xəttləri layihəyə uyğun çəkilmədiyinə, qaz qurğu  və avadanlıqları tam quraşdırılmadığına görə istismara qəbul edilməyib.

 

Bundan başqa, istismara buraxılma aktları verilərkən gələcəkdə şikayətlərin və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çəkilmiş elektrik xəttlərinin mühafizə zonasının pozulmamasına da ciddi nəzarət edilir.

25.09.2018 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ