Prezident Avropa Bankının vitse-prezidentini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Marja" xəbər verir ki, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Bakıda əməkdaşlığımızın gələcək imkanlarının müəyyənləşdirilməsi ilə bağlı keçiriləcək görüşlərin əhəmiyyətini qeyd edib. Daha sonra qonaq Azərbaycanın həyata keçirdiyi TAP və TANAP layihələrinin önəmini vurğulayıb.
Dövlət başçısı TAP və TANAP layihələrinə verdiyi maliyyə dəstəyinə görə Avropa İnvestisiya Bankına təşəkkürünü bildirib. Prezident İlham Əliyev artıq TANAP layihəsinin rəsmi açılış mərasiminin keçirildiyini, TAP layihəsi üzərində isə işlərin davam etdirildiyini vurğulayaraq bunları əməkdaşlığımızın çox yaxşı göstəricisi kimi dəyərləndirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafının hazırkı səviyyəsi və mövcud olan əlverişli biznes mühiti ölkəmizi sərmayə qoyuluşu üçün cəlbedici edib. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı geniş planların olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin Avropa İnvestisiya Bankı ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu deyib.
Söhbət zamanı infrastruktur, alternativ enerji, kənd təsərrüfatı, ekologiya, özəl sektor, sənaye zonalarının fəaliyyəti ilə bağlı əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
39 d. əvvəl
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
- 45 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
2 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
3 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir