Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərsun”: Səs yazısı “qara kampaniya"dır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun”: Səs yazısı “qara kampaniya"dır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərsun Holdinq”in bir sıra məhsullarında vərəm çöpünün tapıldığının bildirildiyi səs yazısı saxtadır.

 

Bunu “Marja”ya açıqlamasında “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov bildirib.

 

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Azərsun Holdinq”in istehsalı olan heç bir məhsulda vərəm çöpü aşkar edilməyib və satışdan yığışdırılması barədə göstəriş verilməyib. Əldə etdiyimiz məlumata görə, səs yazısı  “Azərsun Holdinq”ə qarşı aparılan “qara” kampaniyadır”,- A.Səfərov deyib.

 

Holdinqin sözçüsü əlavə etdi ki, səs yazısını hazırlayıb yayanlar barəsində hüquqi ölçü götürülməsi üçün aidyyəti üzrə müraciət olunacaqdır.

 

A. Səfərov vurğuladı ki, tərkibindən əmin olmaq üçün "Azərsun Holdinq"in məhsulları istənilən laboratoriyada yoxlanıla bilər.

 

Qeyd edək ki, yayılmış səs yazısında bildirilir ki, “Azərsun”un istehsal etdiyi “Final”, “Blendo” yağlarında, “Bizim Tarla” noxudlarında, “Bizim Süfrə” mayonezlərində vərəm çöpləri tapılıb. Əhaliyə bir müddət bu məhsulları almamaq tövsiyə olunur.

 

25.09.2018 11:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ