Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Rabitəbank" biznes sahiblərinə manatla güzəştli kreditlər ayıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Rabitəbank" biznes sahiblərinə manatla güzəştli kreditlər ayıracaq

(®) Biznes kreditləri üzrə ölkənin qabaqcıl banklarından biri olan Rabitəbank sahibkarlara 8%-dan başlayan faiz dərəcəsi ilə kreditlər ayırmağı planlaşdırır.

 

Reklam_3_11

Sahibkarların bizneslərini genişləndirmək məqsədilə "Rabitəbank" Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə müştərilərə uzun müddətli və güzəştli şərtlərlə manat kreditləri təklif edir.

 

2018-ci-ildə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu qeyri-neft sektorunun inkişafı və sahibkarları dəstəkləmək üçün kredit zəmanətlərinin verilməsini və faiz subsidiyalarına dair proseduru təsdiqləmişdir və "Rabitəbank" kredit zəmanətləri üzrə fondun müvəkkil bankı seçilmişdir.

 

Yeni təsdiq olunmuş qaydalara əsasən Fond tərəfindən manatla alınan kreditlərə görə təminat veriləcək və faizlərin bir hissəsi Fond tərəfindən subsidiya formasında banka ayrılacaq. Nəticədə sahibkarlar Fondun zəmanət veridiyu kreditləri güzəştli faizlərlə əldə edə biləcəklər.

 

Fondla əməkdaşlıq çərçivəsində Rabitəbank biznes sahiblərinə manatla və aşağı faizlə 30.000 - 5.000.000 AZN aralığında məbləğdə kreditlər ayıra bilər. Bunun üçün sahibkar Rabitəbank-ın istənilən filialına müraciət etməklə və Fondun zəmanət verilməsi şərtlərinə uyğun gəlmələri barədə məlumat əldə bilərlər.

 

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 25 xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.133.az saytına daxil olmaq və ya Bankın 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

25.09.2018 11:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ