Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Unibank istiqraz sahiblərinə növbəti faizləri ödəyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibank istiqraz sahiblərinə növbəti faizləri ödəyib

“Unibank” KB ASC  istiqraz sahiblərinə növbəti  faizlərini ödəyib. Bununla da bankın istiqrazlarını alan şəxslər artıq üçüncü dəfədir ki, bu qiymətli kağızlardan faiz gəliri götürürlər.

 

Reklam_3_11

Xatırladaq ki, Unibankın tədavülə buraxdığı hər birinin nominal dəyəri 10  min dollar, ümümi dəyəri 10 milyon  dollar olan 1000 ədəd faizli, sənədsiz, adlı təmin edilməyən istiqraz,  28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında keçirilən hərrac zamanı yerləşdirilib. Emissiya prospektinin şərtlərinə görə, faiz gəlirləri istiqraz sahiblərinə hər 90 gündən bir ödənilir.

 

Qeyd edək ki, Unibank istiqrazları hazırda bazarda dollar valyutasında ən yüksək gəlirliliyi olan istiqrazlardandır. İllik 6% gəlirliliyə malik istiqrazların tədavül müddəti 6 ildir və istiqraz sahibləri müddətin sonunadək 24 dəfə faiz götürə biləcəklər.

 

Bu istiqrazların uğurla yerləşdirilməsi bankın törəmə şirkəti olan Unicapital İnvestisiya şirkəti tərəfindən həyata keçirilib. Məqsəd açıq maliyyə bazarından vəsaitin cəlb edilməsi ilə yanaşı, Unibankın Azərbaycan qiymətli kağızlar bazarının inkişafına dəstəyini daha da gücləndirməkdir. İstiqrazların satışından əldə edilən vəsait Unibank tərəfindən ixrac potensiallı qeyri-neft iqtisadiyyatı sahələrinin maliyyələşdirilməsinə,  kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilir.

25.09.2018 13:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ