Ən yuxarı (mobil)_30

11 ay ərzində Azərbaycanda qızıl hasilatı 14% azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
11 ay ərzində Azərbaycanda qızıl hasilatı 14% azalıb

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda qızıl hasilatı 1 min 760,6 kq təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,8% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2016-cı ilin noyabr ayında Azərbaycanda 143,8 kq qızıl hasil olunub.

Hasil edilən qızıl emala göndərilib.

2015-ci ildə Azərbaycanda 2 229,3 kq qızıl hasil olunub, hasilatın həcmi 19,1% artıb.

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında qızıl hasilatına başlayıb. 

14.12.2016 13:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ