Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tonunu 35-40 manata heyvandarlıq kompleksinə satırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tonunu 35-40 manata heyvandarlıq kompleksinə satırlar

Son illərdə Salyanda ət və süd istehsalı nəzərəçarpacaq dərəcədə artıb. Məhsuldarlığın artmasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə yanaşı, etibarlı yem bazasının yaradılması da mühüm əhəmiyyət kəsb edir. İndi mal-qaranın yem rasionunda quru ot, küləş, yonca ilə yanaşı, silosluq qarğıdalıdan hazırlanan senaj da mühüm rol oynayır.

 

Reklam_3_11

Cari təsərrüfat ilində rayonda 660 hektar sahədə qarğıdalı əkilib. Bunun da 460 hektarı dənlik, 200 hektarı isə silosluq qarğıdalıdır. Dən üçün nəzərdə tutulan qarğıdalı sahəsinin 360 hektarından 1901 ton məhsul yığılıb.

 

Bir neçə gündür ki, rayonda silosluq qarğıdalı biçininə start verilib. Xüsusi kombaynlarla biçilən qarğıdalı heyvandarlıq komplekslərinə daşınır. Rayon sakini, fermer İsmayıl Əhmədov bir neçə ildir ki, silosluq qarğıdalı əkini ilə məşğul olur. Onun dediyinə görə, bu il məhsul boldur. Hər hektardan 40 tona yaxın silosluq qarğıdalı gözlənilir. Bu isə mal-qara üçün möhkəm yem bazası deməkdir.

 

Senaj şirəli yem olduğuna görə, iribuynuzlu heyvanların diri çəkisinə, eləcə də südün yağlılığına müsbət təsir göstərir. Silosluq qarğıdalının satılmasında da elə bir problem yoxdur. Fermerlər müqavilə əsasında silosluq qarğıdalının hər tonunu 35-40 manata heyvandarlıq kompleksinə satırlar.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

25.09.2018 14:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ