Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

7 marşrut xətti də MÜSABİQƏYƏ ÇIXARILDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
7 marşrut xətti də MÜSABİQƏYƏ ÇIXARILDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda 3, 4, 15, 65, 149, 164 və 195 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.

 

Bakı Nəqliyyat Agentliyindən "Marja"ya verilən məlumata görə, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.

 

Məqsəd “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir.

 

Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.

 

Xatırladaq ki, müsabiqəyə çıxarılan 65 saylı marşrut indiyədək "Xaliq Faiqoğlu" şirkəti tərəfindən istismar olunurdu. Başqa sözlə, həmin marşrut sahibin dəyişəcək. "Xaliq Faiqoğlu" şirkətinin özündə bu məlumatı təsdiqləsələr də, ətraflı açıqlama verməkdən imtina ediblər.

 

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

 

Ünvan: Bakı şəhəri Ziya Bünyadov 111.

 

(Əlaqələndirici şəxs: Elvin Həsənov, telefon: 404-79-45 (daxili 2248)

 

Bundan əvvəl, Bakı Nəqliyyat Agentliyi 1, 2, 18, 61, 147, 217 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətlərini də müsabiqəyə çıxarmışdı.

25.09.2018 15:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ