Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan şirkətləri ixrac ilə bağlı yeni müqavilələr imzalayıblar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkətləri ixrac ilə bağlı yeni müqavilələr imzalayıblar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya paytaxtında keçirilən “Worldfood Moscow 2018” sərgisi başa çatıb.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 35 Azərbaycan şirkətinin istehsal etdiyi qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları sərgi ziyarətçilərinə və xarici şirkətlərə təqdim olunub.

 

Vahid ölkə stendində təqdim olunan yerli məhsullarımız böyük marağa səbəb olub. Belə ki, Azərbaycanın “Ləzzət Qida Sənaye” şirkəti Rusiyanın “Qurman produkti”, “Svital TD” şirkətləri, İsrailin “Myasnoy Qerbiya”, BƏƏ-nin “ Agthia”, Fələstin “Ayman” şirkəti ilə istehsal etdiyi məhsulların ixracına dair müzakirələr aparıb.

 

Azərbaycanın “Balxurma” şirkəti Rusiyanın “Maqnit”, “Ashan”,”Ptyorçka”, “Azbuka Vkusa”, "Vkus Vill” supermarketlər şəbəkələri ilə istehsal etdiyi məhsulların satışına dair danışıqlar aparıb.

 

Ölkəmizdə istehsal olunan digər məhsullar kimi, meyvə-tərəvəz məhuslları da xarici şirkətlərin diqqətini cəlb edib. Azərbaycanın “Grow Group” şirkəti ilə Rusiyanın “O Key Group" şirkəti arasında pomidor ixracına dair müqavilə imzalanıb.

 

Azərbaycanın "Zirə Foods” şirkəti isə Rusiyanın “Maqnit” supermarketlər şəbəkəsində həftəlik 100 ton pomidorun satışına dair razılıq əldə edib.

 

Bundan başqa, “Bakı Agropark” şirkəti ”Ptyorçka”, "Billa”, “Prekryostok” mağazalar şəbəkəsində məhsulların satışına dair ilkin razılığa gəlinib.

 

Binə Aqro” şirkəti ilə Rusiyanın “Maqnit”, “Ptyorçka” ticarət şəbəkələri və “Belaya Daça”( Horeca) şirkəti arasında Azərbaycan məhsulların satışına dair müqavilə imzalanıb. Bununla yanaşı, “Binə Aqro” şirkəti ilə Dağıstan şirkəti arasında istixana komplekslərinin tikintisinə dair razılıq əldə edilib.

 

Yerli məhsullar arasında həm dadı, həm də keyfiyyəti ilə seçilən Azərbaycan şərabları da ziyarətçilərin böyük marağına səbəb olub. “Aqro-Azerinvest” şirkəti və Tacikistanın “STK Faraqis” şirkəti arasında şərab və digər spirtli içkilərin ixracına dair ilkin razılıq əldə olunub. Azərbaycanın “Mars-FK” şirkəti Rusiyanın “Billa”, Moldovanın “Karpineks plyus”, Latviyanın “Dzintars” ticarət şəbəkələrində nar məhsulunun satışına dair müqavilə imzalayıb. “

 

Ötən il olduğu kimi, bu il də Azərbaycan “Worldfood Moscow 2018” sərgisinin rəsmi tərəfdaşı olub.

25.09.2018 15:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ