Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Tokio balinası" 230 milyon dollarlıq Bitcoin satdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Tokio balinası" 230 milyon dollarlıq Bitcoin satdı

"Tokio balinası" kimi tanınan Nobuaki Kobayashi, "Mt. Gox" adına 230 milyon dollarlıq Bitcoin satıb



 
Təxminən dörd il əvvəl 850,000 Bitcoin-un itməsilə gündəmə gələn əməliyyat platforması "Mt. Gox"un qəyyumu Nobuaki Kobayashi, qurum adına 25.98 milyard yenlik (230 milyon dollarlıq) Bitcoin və Bitcoin Cash satıb.
 

Reklam_3_11

"Marja" xəbər veri ki, Kobayashi tərəfindən Çərşənbə axşamı günü verilən məlumata görə, sözügedən satış, 7 Martda keçirilmiş 10-cu kreditorlar iclasından bu günə qədərki dövrdə baş verib. Altı ay əvvəl verilən açıqlamada, bir əvvəlki satışda 43 milyard yenlik satış aparıldığı bildirilmişdi.
 

İnvestorlar, əlində saxladığı rəqəmsal pullar görə "Tokio balinası" kimi anılan Kobayashi-nin addımlarını izləyirlər.
 

Bir vaxtlar kriptovalyuta bazarının ən böyüyü olan Yaponiyanın "Mt. Gox" platforması, təxminən dörd il əvvəl 850 min ədəd Bitcoin-u itirdiyini açıqlamasından sonra iflas etməmək üçün möhləti istəmişdi. Həmin dövrdə itirilən məbləğ 500 milyon dollara bərabər gəlirdi; İndi isə 5 milyard dollar ətrafındadır.
 
 

Sonra təxminən 200 min Bitcoin-u geri aldığını açıqlayan şirkət, itki üçün hakerləri günahlandırmışdı.

25.09.2018 18:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ