Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

7 əmlak “Azərsu”ya verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
7 əmlak “Azərsu”ya verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət vəsaitləri hesabına inşa edilən bir sıra əmlaklar “Azərsu” ASC-nin balansına verilib. Əmlaklar Cəmiyyətin  nizamnamə kapitalına yönəldilir. Bu barədə  Nazirlər Kabineti qərar verib.

 

“Marja” xəbər verir ki, Qərara görə,

 

1.“Novxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 4 000 000 manat olan 13,6 km uzunluğunda magistral su xətti və 7,2 km uzunluğunda kanalizasiya kollektoru;

 

2.“Zığ – Yeni Suraxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolboyu su təchizatı sistemlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 330 620 manat olan 6,7 km uzunluğunda magistral su xətti;

 

3.  “Qobu qəsəbəsində 1008 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 500 000 manat olan 4,95 km uzunluğunda magistral su xətti və 5,7 km uzunluğunda kanalizasiya kollektoru;

 

4. “Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar su təchizatı sisteminin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 110 000 manat olan 5,5 km uzunluğunda magistral su xətti;

 

5. “Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 320 000 manat olan 2,5 km uzunluğunda magistral su xətti;

 

6. “Bakı şəhəri, Təbriz küçəsinin yenidən qurulması ilə əlaqədar su xətlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 375 000 manat olan 4,6 km uzunluğunda magistral su xətti;

 

7. “Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 113 500 manat olan 1,1 km uzunluğunda magistral su xətti “Azərsu” ASC-nin balansına verilib.

 

Nəticədə Cəmiyyətin nizamnamə kapitalı 400,0 milyon manatdan 408 milyon 749 min 120 manata yüksəlib.

 

Cəmiyyətin nizamnamə kapitalı nominal dəyəri 20 manat olan 20 437 456 ədəd adi səhmlərdən ibarət olacaqdır.

 

Qeyd edək ki, bu əmlaklar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunur, texniki xidmət göstərilir.

26.09.2018 05:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ