Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fed-in kritik iclasından nə gözlənilir? - BU GÜN AÇIQLANACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in kritik iclasından nə gözlənilir? - BU GÜN AÇIQLANACAQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün ABŞ Mərkəzi Bankının (Fed) növbəti faiz iclası başa çatacaqdır. Son iclasdan bu yana ölkədə məşğulluq və inkişaf trendi güclü qalıb, maaşlar və inflyasiya da artıb.
 

"Marja" xəbər veri ki, Fed-in 25 bənd faiz artıracağı gözlənilir. Fed qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır. Fed-in faizi 1.75% - 2% aralığından 2% - 2,25% aralığına qaldıracağı gözlənilir. 

Reklam_3_11

 

Fed-in bu gün faizi 25 bənd artıracağı ehtimalı artıq qiymətlərdə və məzənnələrdə əks olunub. Əsas məsələ Dekabr ayında faizin artırılıb-artırılmayacağıdır.

 

Buna görə, Dekabr ayında faiz artımı olub olmayacağına dair siqnallar və yeni iqtisadi proqnozlar təqib ediləcək.
 

Bununla yanaşı, bazarlar Fed-in;


-Davam edən ticarət müharibələrinin təsirlərinə toxunub-toxunmayacağını,
 
-İnkişaf edən bazarlarda son dövrdə artan risklərə diqqət çəkib-çəkməyəcəyini,
 
-2019-cu ildə faiz artımı sürətinin yavaşlayıb-yavaşlamayacağı məsələlərindəki açıqlamalarını izləyəcəkdir.


 PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Faiz qərarının ardından Fed sədri Jerome Pauell mətbuat konfransında danışacaq.

 

EKSPERT FİKİRLƏRİ
 

ING İqtisadçılarına görə, "ABŞ-da güclü iqtisadiyyat və artan inflyasiya Fed-i çərşənbə günü faiz artırması üçün motivasiya edəcəkdir".
 

ING-nin qtisadçısı Ceyms Knightley bu iclasda Fed-dən 25 bənd, Dekabr topalantısında da 25 bənd faiz artımı gözlədiyini, 2019-cu ildə isə cəmi 2 faiz artımı olacağını proqnozlaşdırır.
 
 

Morqan Stenli (Morgan Stanley) iqtisadçıları, "bu toplantıda veriləcək mesaj - faizin mərhələli artırılmasının davam edəcəyi olacaqdır. Yuxarı və aşağı istiqamətli risklərə də diqqət yetiriləcəkdir" bildiriblər.

 

İqtisadçılar Fed-in faiz artırmasının 3% - 3.25% aralığınadək davam edəcəyini gözləyirlər. İqtisadçılara görə, Fed 2019-cu ilin İyun ayının sonuna qədər hər rüb faizi 25 bənd artıracaqdır.

 

İqtisadçılar Fed rəsmilərinin 2020-ci ildə iqtisadiyyatda bir yavaşlama təxmin edəcəklərini gözləməyə davam edirlər. İqtisadçılar, Fed-in 2018-ci il üçün iqtisadi artım proqnozunun 2.9% olduğunu və 2020-ci il üçün isə 2%-ə düşməsini gözləyirlər. Növbəti durğunluğa ticarət müharibəsinin səbəb olacağı ehtimal edilir.

26.09.2018 06:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ