Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bütün diqqətlər faiz qərarına yönəlib - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bütün diqqətlər faiz qərarına yönəlib - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Amerika Mərkəzi Bankının faiz artıracağı gözlənilir. Lakin saat 22:30-da baş tutacaq mətbuat konfransı investorların daha çox maraq dairəsindədir.


 

Reklam_3_11

Bu gün dünya valyuta birjalarında bütün diqqətlər Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının (FED) faiz qərarına yönəlib. Daha böyük maraqla isə faiz qərarından yarım saat sonra baş tutacaq bankın mətbuat konfransı gözlənilir.

 

Maliyyə bazarlarında faiz qərarında 2.00%-dən 2.25%-ə kimi artım ehtimalları yüksək olsa da mətbuat konfransında bank sədri Jerom Povelin gələcək gözləntiləri formalaşdıracaq açıqlamaları, investorları daha çox maraqlandırır. Amerikanın inflyasiya və iqtisadi inkişaf gözləntilərinə, yeni xarici ticarət münasibətləri fonunda risklərə və qiymətli kağızlar bazarında mövcud vəziyyətə dair sualların cavablandırılması, dolların aparıcı valyutalara nisbətən qiymətlərində dalğalanmanı artıracaqdır.

 

FED-in cavabları ilin sonuna kimi növbəti faiz artımına işarə olarsa, bu, EUR/USD məzənnəsinin 1.16$-a kimi ucuzlaşmasına təsir edə bilər. USD/TRY məzənnəsində də 6.52TL-yə kimi bahalaşmanın şahidi ola bilərik.

 

Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ilə ticarət zamanı ilin sonuna kimi artıq üçüncü faiz artımı nəzərə alınıb. Lakin sentyabr ayında ilin sonuna doğru dördüncü faiz artımı fonunda şübhələr artmağa başlayanda, dolların qiymətlərində iyul ayının minimum səviyyələrinə kimi 3%-lik ucuzlaşmanın şahidi olduq. Hal-hazırda da qiymətlər sözügedən səviyyələrdə ticarət edilir. Beləliklə, mətbuat konfransında dördüncü faiz artımı fonunda şahin mövqe sərgilənərsə, bu, dollar indeksinin yenidən sentyabr ayının maksimum səviyyələri istiqamətində bahalaşmasına səbəb ola bilər. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

26.09.2018 06:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ