Novosibirsk-Bakı təyyarəsində həyacan - "Sizin hamınızı partladacağam!"
Sentyabrın 24-ü günorta saatlarında Rusiyanın Novosibirsk şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsində insident yaşanıb. Təyyarəyə sərxoş vəziyyətdə minən Krasnoyarsk vilayətindən olan 51 yaşlı sərnişin hava gəmisini partladacağı ilə hədələyib.
"Komsomolskaya Pravda" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Nəqliyat İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, kişi Bakıya birbaşa aviareyslə uçmaq üçün Krasnoyarskdan Novosibirskə gəlib. Krasnoyarsklı "S7" aviaşirkətinə məxsus təyyarəyə uçmağa hazırlaşan zaman stüardessadan onu ekanom sinfli oturacaqdan biznes sinfi olan hissəyə keçirməyi tələb edib. Sərnişin rədd cavabı aldıqda isə qışqıraraq deyib: "Məndə bomba var! Sizin hamınızı partladacağam!".
Bu zaman heyət komandiri dərhal uçuşu təxirə salıb və polis çağırıb. Sərnişinlər təxliyyə olunub. Hava gəmisində xidməti itin köməkliyi ilə axtarış aparılıb. Lakin heç bir partlayıcı maddə aşkar olunmayıb. Sonda təyyarə iki saat gecikmə ilə Bakıya yola salınıb.
Sözügedən sərnişin saxlanılıb. Ona qarşı cinayət işi açılıb. İndi sərnişini 5 ilədək həbs cəzası gözləyir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
16 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
17 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl