Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Monqolustanda kaşemir istehsalına yatırım edə bilər - RAZILAŞMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Monqolustanda kaşemir istehsalına yatırım edə bilər - RAZILAŞMA

Azərbaycan tərəfi kaşemir istehsalı, yun emalı, xalça istehsalı üzrə istehsalat müəssisələrinin yaradılmasına investisiya yatırmaq imkanını öyrənir. Bu barədə Monqolustan prezidentinin saytında məlumat verilir.

 

Azərbaycan və Monqolustan prezidentləri İlham Əliyev və Xaltmaaqiyn Battulqa arasında Bakıda keçirilən görüşdə müvafiq razılıq əldə olunub.

 

Bundan başqa, tərəflər heyvan mənşəli məhsulların, o cümlədən ət və dərinin Azərbaycana ixrac məsələsini ətraflı öyrənməyə dair razılığa gəliblər.

 

Danışıqlar zamanı X.Battulqa ikitərəfli münasibətlərin iqtisadi məzmunla zənginləşdirilməsi və iki ölkənin sahibkarları arasında birbaşa işgüzar əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.

 

“İ.Əliyev öz növbəsində onun təklifini dəstəkləyib və deyib ki, cari ilin oktyabr ayında Monqolustana ixrac missiyası təşkil ediləcək. Missiyaya iş adamları və İqtisadiyyat Nazirliyinin nümayəndələri daxil olacaq”, - məlumatda deyilir.

 

O cümlədən, dövlət başçıları ASK, turizm, idman və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

 

“Həmçinin X.Battulqa İ.Əliyevi Monqolustana səfərə dəvət edib”, - məlumatda vurğulanır. 

 

 PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

26.09.2018 08:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ