Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

13 sığorta şirkətinin ödənişləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
13 sığorta şirkətinin ödənişləri azalıb

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 13-nün ödənişləri azalıb.


Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Reklam_3_11


Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 10,952 manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta"dır. Bu şirkətin ödənişləri ötən 8 ayda 34,394 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,05% çoxdur.


Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta" ASC-dədir. Bu şirkət 8 ay ərzində 5,028 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 2,6% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 63,1% azalaraq 11,986 milyon manata düşüb. 

 

7 sığorta şirkətinin yığımları azalıb

 

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb.


 Hesabata əsasən, ötən 8 ayda yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 314 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 23,55 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Standard Insurance" Sığorta Şirkəti ASC-dir. Bu şirkətin daxilolmaları ötən 8 ayda 9,596 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,1% çoxdur.


Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Bakı Sığorta" ASC-dədir. Bu şirkət 8 ay ərzində 682 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 33,45% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 4,1% azalaraq 15,463 milyon manata düşüb. 

 

 PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Renkinq

26.09.2018 08:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ