Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yerli məhsullar TV-lərdə güzəştlə reklam edilə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerli məhsullar TV-lərdə güzəştlə reklam edilə bilər

Prezident Administrasiyasına  Azərbaycanda istehsal olunan malların dövlət və özəl televiziya, radio kanallarında güzəştlə reklam edilməsi barədə təklif göndərilib.

 

“Marja” xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri  ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

 

“Vətəndaşlar sənayenin və sahibkarlığın inkişafına dair təkliflərində iqtisadi sahədə idarəetmənin təkmilləşdirilməsi, bəzi strukturlarda ixtisarlar aparılması, istifadəsiz qalan torpaqların dövriyyəyə cəlb edilməsi, emal müəssisələrinin yaradılması üçün faizsiz kreditlər verilməsi, iqtisadiyyatla bağlı geniş müzakirələr, “dəyirmi masa” ətrafında söhbətlər aparılması, tikinti materialları istehsalının daha səmərəli təşkil edilməsi, yarımçıq tikililərin başa çatdırılmasına dövlət dəstəyi, qeyri-neft sektoruna maraq göstərən sahibkarlar üçün müvafiq fondlar yaradılması və onlara vergi güzəştlərinin edilməsi, bir sıra rayon mərkəzlərində əvvəllər fəaliyyət göstərmiş konserv zavodlarının fəaliyyətinin bərpa edilməsi, qoyunçuluğun inkişaf etdiyi ərazilərdə yeni gön-dəri tədarükü məntəqələrinin açılması, Azərbaycanın zəngin təbiətinin imkanlarından istifadə etməklə yeni parfümeriya müəssisəsinin açılması, neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi, mühərrik yağları istehsalının təşkil edilməsi, yerli tikinti məhsulları istehsalının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, şərabçılığın, əczaçılığın inkişaf etdirilməsi, Azərbaycanda istehsal olunan malların dövlət və özəl televiziya, radio kanallarında güzəştlə reklam edilməsi və sair məsələlər barədə təklif və mülahizələrini bildirirlər”,- o deyib.

15.02.2017 06:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ