Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Banklar mənə kredit vermir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Banklar mənə kredit vermir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Borclar məni sıxır, banklar isə kredit vermir”.

 

Bunu  açıqlamasında xeyli müddətdir səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva deyib.

 

O bildirib ki, yay fəsli dövründə həm özünün, həm də oğlu Kazımın müalicəsi davam edib: “Mənim və övladımın xəstəliyi sağalan xəstəlik deyil. Amma həkimlər deyirlər ki, oğlum Kazımın xəstəliyi 18 yaşından sonra qismən sağala da, olduğu kimi qala da bilər. Səhhətimdə problem yaranmamışdan əvvəl fikirləşirdim ki, konsert verim. İndi vəziyyətim yaxşı deyil, özümə güvənim yoxdur. Maddi problemlər məni çox sıxır. İndi əsas problemim budur”.

 

Xalq artisti qeyd edib ki, dərs ilinin başlamasına baxmayaraq oğlu Kazım məktəbə gedə bilmir: "Çünki qəfildən çığırır, özündən asılı olmayaraq müxtəlif hərəkətlər edir. Sakitləşdirici dərmanlar veririk. Həmin dərmanlar onun yaşına uyğun deyil deyə pis təsir göstərir”.

 

Qeyd edək ki, xalq artisti Könül Xasıyeva sinir ağrılarından, oğlu Kazım isə Turetto sindromundan əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb və hazırda ev şəraitində müalicəsi davam edir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

26.09.2018 11:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ