Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

NIKOIL | Bank-ın əməkdaşları Lənkəranda uşaq evini ziyarət etdilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
NIKOIL | Bank-ın əməkdaşları Lənkəranda uşaq evini ziyarət etdilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) NIKOIL | Bank-ın əməkdaşları yeni tədris ilinin başlaması ilə əlaqədar “Mərhəməti qəlblərdə yaşadaq” şüarı altında keçirilən xeyriyyəçilik missiyası ilə valideyn himayəsindən məhrum olan 5 yaşdan 19 yaşadək 60 uşağın yaşadığı Osman Mirzəyev adına qarışıq tipli uşaq evini ziyarət etdilər.   

 

Bank əməkdaşları cari ilin avqust ayında baş ofisdə xeyriyyə məqsədilə keçirilən səhər yeməyində toplanmış vəsaitlərin hesabına alınan hədiyyələrlə uşaqları sevindirdilər. Bu cür xeyriyyə tədbirlərinin təşkili  bankın əməkdaşlarına ölkənin sosial həyatında fəal iştirak etmək üçün fürsət yaradır. Uşaqların səmimi sevinci uşaq evlərinin tez-tez ziyarət edilməsinin nə dərəcədə vacib olduğunu göstərir.

 

NIKOIL | Bank  - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi  əməliyyatları təklif edir.

 

Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

26.09.2018 12:33

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ