Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

İran Rialı tarixinin ən aşağı səviyyəsində - REKORD QIRDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran Rialı tarixinin ən aşağı səviyyəsində - REKORD QIRDI

İran Rialı Dollar qarşısında tarixinin ən aşağı səviyyəsini görüb. "Tasnim" agentliyinin xəbərinə görə, dollar 170 min rialdan alıcı tapır.


 

Reklam_3_11

İranın pul vahidi Rial, ölkə iqtisadiyyatının pisləşməsi və Amerika sanksiyaları ilə əlaqədar olaraq dəyərdən düşməkdə davam edir. Bu gün "qara" bazarda dollar 170 000 riala qalxaraq rekord qırıb.

 
"Marja" xəbər verir ki, Rial bu il 75% dəyər itirib.

 
Rialın aylardır ucuzlaşmasının səbəbləri - iqtisadiyyatdakı zəiflik, İran daxilindəki bank problemləri və ABŞ-ın ölkəyə yeni sanksiya tətbiq etməsindən sonra nigaran olan İran xalqının dollara tələbinin kəskin artmasıdır.

 
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

Sanksiyalar yekunlaşmıyıb. ABŞ-ın İranın neft ixracını hədəfə alan bir sıra sanksiya Noyabrda qüvvəyə minəcək. Dünən İran Prezidenti Həsən Ruhani Birləşmiş Millətlər Təşkilatında etdiyi çıxşında ABŞ-ın ölkəsinə iqtisadi müharibə elan etdiyini  deyib.


İranda ağırlaşan iqtisadi vəziyyət səbəbilə keçən ilin Dekabr ayında keçirilmiş etiraz aksiyalarında 25 nəfər ölmüşdü.

26.09.2018 15:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ