Azərbaycan və Türkiyə ali təhsil müəssisələri mühüm sənəd imzaladılar

AzMİU ilə Türkiyənin nüfuzlu universiteti arasında ikili diplom müqaviləsi imzalanıb


 

 Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin nüfuzlu İstanbul Texniki Universiteti (İTU) arasında bakalavr pilləsi üçün İnşaat mühəndisliyi ixtisasında ikili diplomların verilməsi haqqında müqavilə imzalanıb. Bu münasibətlə İTU-nun Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində iki təhsil müəssisəsinin rəsmi heyətlərinin iştirakı ilə görüş keçirilib. Müqaviləni AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və İTU-nun rektoru, professor Mehmet Karaca imzalayıblar.

 

Əldə olunan razılaşmaya əsasən, ortaq bakalavr proqramının müddəti 4 akademik il olacaq. Tələbələr ortaq proqramın 1 və 2-ci kursunu AzMİU-da, 3 və 4-cü kursunu isə İTU-da İnşaat fakültəsi, İnşaat mühəndisliyi bölümündə birlikdə oxuyacaqlar.

 

Rektorlar müqaviləni Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığa dair mühüm sənəd kimi dəyərləndiriblər. AzMİU-nun rektoru Gülçöhrə Məmmədova sənədin əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki,  universitetlər arasında ikitərəfli əlaqələrin geniş spektrini əhatə edən müqavilədə  faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan dövlətinin təhsilə qayğısını vurğulayan AzMİU rektoru ölkəmizdə ali təhsil sisteminin yüksəliş yolunda olduğunu deyib.

 

Məlumat üçün qeyd edək ki, AzMİU ilə İTU arasında bakalavr pilləsi üçün ikili diplom protokolunun imzalanması barədə razılıq 2011-ci ildə əldə olunmuş, daha sonra hər iki universitet arasında keçirilən görüşlər və danışıqlar əsasında yenilənmişdir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

26 Sentyabr 2018 , 18:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin