Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Volvo” İsveçin qərbində elektrik yolları tikəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Volvo” İsveçin qərbində elektrik yolları tikəcək

“Volvo” şirkəti İsveçin qərbində elektrik yolları tikəcək. Bu məqsədlə “Volvo”, “Alstom” və NCC şirkətlərinin daxil olduğu şirkətlər qrupu "Väst Svenska Elvägar" (Qərbi İsveçin elektrik yolları) konsorsiumunu yaradıb.

 

Reklam_3_11

“Volvo” şirkətinin saytında bildirilir ki, həmin layihə hazırlanıb və baxılması üçün İsveç Nəqliyyat İdarəsinə təqdim edilib.

 

Layihəyə görə, elektrik nəqliyyat vasitələri sahəsində təcrübəyə malik “Volvo Group”, elektrik avadanlığı və tramvayların hərəkətində istifadə edilən avadanlıq istehsalı üzrə ixtisaslaşmış Fransanın “Alstom” şirkəti və elektrik yollarının tikintisi üçün metodlar hazırlayan NCC konserni bu işə öz töhfəsini verəcək.

 

Yeni konsorsiuma 20-yə yaxın özəl və dövlət şirkəti, tərəfdaş qismində bələdiyyələr və bu texnologiyalara maraq göstərən akademik müəssisələr daxildir.

 

“Volvo Group”un baş texniki direktoru Lars Stenkvist deyib: “Hazırda “Volvo Group” şəhər yollarında hərəkət etmək üçün elektrik mühərrikli avtobus və yük maşınları təklif edir. Elektrik yolları atmosferə zərərli qazlar buraxmadan uzaq məsafəyə yükdaşımalarının öhdəsindən gəlmək üçün bir vasitə ola bilər”.

26.09.2018 17:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ