Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fed faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən Sentyabr ayı toplantısı başa çatdı. Fed rəsmiləri bu toplantıda pul siyasəti faizi olan federal maliyyələşdirmə faizini gözlənildiyi kimi 1.75 - 2.00 faiz aralığından 2 - 2.25 faiz aralığına qaldırdı.


 

Reklam_3_11

Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı.

 

“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) uçot dərəcəsini gözənildiyi kimi 0,25 faiz bəndi artıraraq 2% - 2,25% aralığına qaldırıb.

 

Beləliklə, Fed 2018-ci ildə 3 dəfə faiz artırdı. Fed 2017-ci ildə üç dəfə faiz artırmışdı.

 

Federal Açıq Bazar Komitəsinin (FOMC) Sentyabr toplantısında faizin artırılacağı gözlənilirdi. Əvvəlki (25 bənd) faiz artımı İyun ayı toplantısında həyata keçirilmişdi.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

İnvestorların diqqəti Fed-in 2018-ci ilə 4-cü dəfə faiz artırıb-artırmayacağın üzərindədir. Fed-in Dekabrda da faiz artıra biləcəyi ehtimal olunur.

 

Fed sədri Cerom Pauell Bakı vaxtı ilə saat 22:30-da başlamış mətbuat konfransında açıqlamalar verib, jurnalistlərin suallarını cavablandırır

 

Fed-in faiz qərarından sonra Dollar cüzi bahalaşıb.Bakı vaxtı ilə saat 22:44-də Avro/dollar məzənəsi 1.1732 səviyyəsinə düşüb. Dollar Avro qarşısında 0,25% dəyər qazanıb.  

 

Bazarlar Fed-in faiz artıracağını gözləyirdi və bu ehtimal indiyədək məzənnələrdə əks olunmuşdu.

 

Fed rəsmiləri faizin 2018-də cəmi 4, 2019-cu ildə isə 3 dəfə artırılacağını təxmin edir.

26.09.2018 20:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ