Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nağd ödənişlərin payı 40%-ə düşəcək - YENİ DÖVLƏT PROQRAMI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nağd ödənişlərin payı 40%-ə düşəcək - YENİ DÖVLƏT PROQRAMI

Xəbər verdiyimiz kimi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib.

 

"Marja"nın məlumatına görə, Proqramda bildirilir ki, Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin
illik həcmi təqribən 17 mlrd. manat arta bilər. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcəkdir. Nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaqdır.

 

Aparılan sorğunun nəticələrinə görə, bu sferada ən yüksək nağd dövriyyə biznez subyektlərinin öz aralarında baş verir. Belə ki, 180 mlrd. ümumi dövriyyənin 152 mlrd. manatını biznesin ümumi gəlirləri təşkil edir. Sahə üzrə araşdırmaların nəticələri bu gəlirlərin 109 mlrd. manatının (72%) nağd gəlirlərdən ibarət olduğunu göstərir. İT və peşəkar xidmət sahələri istisna olmaqla, digər sektorlarda yüksək nağdlaşma mövcuddur (Diaqram 2)

 

İstehlakçıların nağd dövriyyəsi

 

Ümumi dövriyyənin (~180 mlrd. manat) 111 mlrd. manatı biznes, 52 mlrd. manatı istehlakçı, 18 mlrd. manatı isə hökumət sferasındadır. Qiymətləndirmələrə görə, istehlakçı sferasında 52 mlrd. manatlıq ümumi dövriyyənin 49 mlrd. manatı istehlakçı ilə biznes arasında dövriyyənin payına düşür. Sahə üzrə araşdırmaların nəticələri bu dövriyyənin 46 mlrd. manatının nağd formada həyata keçirildiyini göstərir. Yüksək nağdlaşma bütün istehlak sahələrində müşahidə edilir (Diaqram 3).

 

Diaqram 3. Əhalinin istehlak xərclərində nağd ödənişlərin payı (sahələr üzrə mlrd. AZN, 2016-cı il)

"Nağd pul dövriyyəsinin böyüklüyü iqtisadiyyatı iri həcmdə investisiya resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini məhdudlaşdırır və eyni zamanda, bir sıra struktur problemlərinin, o cümlədən maliyyə intizamının pozulması, şəffaflığın azalması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi kimi problemlərin yaranmasına səbəb olur" - Proqramda deyilir.

 

Dövlət Proqamı ilə ƏTRAFLI BURADAN tanış ola bilərsiniz.

26.09.2018 19:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ