Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Fed sədri açıqlamalar verdi - "SÜRPRİZLƏR OLA BİLƏR"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed sədri açıqlamalar verdi - "SÜRPRİZLƏR OLA BİLƏR"

ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, Fed-in Sentyabr ay pul siyasəti  toplantısının ardından açıqlamalar verdi.
 

"Marja" xəbər verir ki, ABŞ iqtisadiyyatının güclü olduğunu və inkişafın sağlam bir cığırda irəlilədiyini bildirən Fed sədri, eyni zamanda, yaxşı göstəricilərin hər şeyin mükəmməl olduğu mənasına gəlmədiyini ifadə edib.
 

Pul siyasətində normallaşmanın faydalı olacağını deyən Pauell, mərhələli faiz artımlarının iqtisadiyyatda davamlılığı təmin etdiyini vurğulayıb.
 

Ümumiyyətlə, iqtisadi artım mənzərəsinin müsbət olduğuna diqqət çəkən Pauell, "Maliyyə sisteminin bu gün daha güclü olduğuna inamım tamdır",- deyib.
 

Pauell, Federal Açıq Bazar Komitəsinin (FOMC) inflyasiyanın 2 faiz səviyyəsinə yaxın qalmasını gözlədiyini bildirib və iqtisadi mənzərəyə dair risklərin balanslı olduğunu qeyd edib. Buna qarşı Fed sədri, inflyasiyanın "müxtəlif səbəblərlə"  2%-dən yuxarı qalxa və ya aşağı düşə biləcəyini bildirərək "iqtisadiyyatda sürprizlərin ola biləcəyini" söyləyib.
 

ABŞ Prezidenti Donald Trampın Fed ilə bağlı açıqlamalarına toxunan Pauell, "Qərarlarımızda siyasi faktorları nəzərə almırıq",- deyib. Fed sədri, mövcud faiz dərəcələrinin iqtisadiyyatının gücünü göstərdiyini deyib.

 

İstehlakçı və investisiya xərclərinin gözləniləndən sürətlə artdığını qeyd edən Pauell, "Əmək bazarının güclü olmasını gözləyirik", - deyib.


 
Fed sədriJerome Pauell, faiz artırmağın sürətinə işarə edərək, "Çox yavaş hərəkət etsək, iqtisadiyyat həddindən artıq isinə bilər",- deyib.


 
Pauell, ABŞ ilə Çin arasındakı "ticarət müharibəsilə" bağlı olaraq "Şirkətlərdən getdikcə artan narahatlıqlar eşidirik",- deyib.


 
Pauell, daha mühafizəkar bir dünyanın həm ABŞ, həm də digər iqtisadiyyatlar üçün pis olduğunu deyib. 


Pauell, neft qiymətlərinin inflyasiya üzərindəki təsirini müvəqqəti gördüklərini ifadə edib.

 
İqtisadiyyatın zəifləməsi halında faizləri aşağı salacaqlarını deyən Pauell, "2020-ci ildəki şərtlərin necə olacağını bilmək çətindir",- deyib.

 

Xəbər verdiyimiz kimi bu gün Fed,  faizi 25 bənd artıraraq 1.75% -2.00% aralığından  2.00%- 2.25% səviyyəsinə qaldırıb.

 

Fed-in açıqlamasına görə, Fed rəsmiləri 2018-ci ildə daha bir dəfə də faiz artırılacağını gözləyirlər. Artıq Fed bu il 3 dəfə faiz artırb.

 

Fed 2019-cu ildə 3 dəfə faiz artırmağı nəzərdə tutur.  

 

Fed 2019-cu ilin sonunda faizin yuxarı həddinin 3,1%-ə, 2020-ci ilin sonunda isə 3,4%-ə çatacağını gözləyir.

 

26.09.2018 21:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ