Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sadələşdirilmiş vergi ləğv ediləcək - ƏVƏZİNDƏ BU VERGİ OLACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sadələşdirilmiş vergi ləğv ediləcək - ƏVƏZİNDƏ BU VERGİ OLACAQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib.

 

“Marja” Proqrama istinadən xəbər verir ki, görüləcək tədbirlərdən biri sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılmasıdır.

 

Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır”,- Proqramda deyilir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.1-ci, 218.1.2-ci maddələrinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslərə və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir.

 

Proqramda qeyd edilir ki,sadələşdirilmiş verginin seçilməsi imkanı iqtisadiyyatda nağd ödənişləri də stimullaşdırır.

 

Vergi ödəyicilərinin 97%-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq, ümumi vergi daxilolmalarında sadələşdirilmiş vergi daxilolmalarının xüsusi çəkisi 2017-ci ildə cəmi 5,3% təşkil etmişdir (2016 – 4,3%, 2015 – 2,4%, 2014 – 2,2%, 2013 – 1,8%).

 

Proqramda qeyd edilir ki, nümunəvi dünya təcrübəsinə uyğun olaraq kiçik sahibkarlıq subyektlərinin də tədricən ƏDV ödəyicisinə çevrilməsi vergidən yayınmanın, habelə nağd hesablaşmalara olan motivlərin aradan qalxmasına gətirib çıxarmış olar.

 

“ƏDV dərəcəsinin aşağı olduğu bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə standart (bütün ödəyicilər üçün eyni) ƏDV, yüksək olduğu ölkələrdə isə diferensiallaşdırılmış ƏDV tətbiq edilir. Azərbaycan ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aiddir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilə bilər”.

 

Dövlət Proqamı ilə ƏTRAFLI BURADAN tanış ola bilərsiniz.

27.09.2018 05:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ