Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Un və un məhsulları yodlaşdırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Un və un məhsulları yodlaşdırılacaq

Yaxın zamanlarda parlamentə yeni qanun layihəsinin daxil olması gözlənilir. Bu, un və un məhsullarının yodlaşdırılması ilə bağlı qanunvericilik aktıdır.

 

Bu haqda millət vəkili Məlahət İbrahimqızı deyib.

 

O qeyd edib ki, belə bir qanuna ciddi ehtiyac var.

 

“Çünki son illər Azərbaycanda, xüsusilə, dünyaya yeni gələn körpələrdə, uşaqlarda, yeniyetmələrdə ciddi problemlər ortaya çıxmaqdadır. Xüsusilə, boy, çəki məsələsində ciddi problemlər var. Dünyada boy və çəki məsələsində artım olduğu halda, Azərbaycanda boy hündürlüyü məsələsində xeyli geriləmə var.

Uşaqlar, yeniyetmələr arıq, cılızdır. Bunun qarşısının alınması üçün dünyadakı təcrübədən, un və un məhsullarının yodlaşdırılmasından istifadə zərurəti yaranıb. Odur ki, məndə olan məlumatlara görə, yaxın zamanlarda parlamentə un və un məhsullarının yodlaşdırılması ilə bağlı qanun layihəsinin daxil olması gözlənilir.

 

Hesab edirəm ki, bu qanunun qəbulundan sonra ortada olan problemlər az da olsa, öz müsbət həllini tapa bilər”, - deyə millət vəkili əlavə edib.

 

 SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET


© oxu.az

27.09.2018 07:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ