Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fed Trampın mövqeyinə zidd olaraq faiz artırmaqda davam edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed Trampın mövqeyinə zidd olaraq faiz artırmaqda davam edəcək

Amerika Mərkəzi Bankı sədri Jerom Povel mətbuat konfransında ABŞ prezidenti Donald Trampın mövqeyinə zidd olaraq faiz artımını müdafiə edib.



Amerika Mərkəzi Bankının (FED) çərşənbə günü baş tutan mətbuat konfransında aşağıdakı başlıqlar vurğulanıb. 

Reklam_3_11

 

FED faiz qərarını iqtisadi gözləntilər ilə əlaqələndirir. Əmək bazarı daha da möhkəmlənib və iqtisadi inkişaf dinamikası yüksəkdir. İstehlak xərcləri və özəl sektorun investisiyalar çox artıb. İnflyasiya isə bankın 2%-lik hədəfi ətrafındadır. 

 

 - Cari il üzrə iqtisadi inkişaf proqnozları 2.8%-dən 3.1%-ə yüksəldilib. 2019-ci ildə isə gözləntilər 0.1% artırılmaqla 2.5%-lik inkişaf gözlənilir. 2020-ci il üzrə 2.0%-lik inkişaf proqnozları dəyişdirilməyib;

 

 - Amerika qtisadiyyatı baxmayaraq ki, hər şey tam yaxşı deyil və hamı bundan fayadalana bilmir, güclüdür. FED də iqtisadiyyatı güclü saxlamaq üçün bütün imkanlardan istifadə edir. Bu səbəbdən də sonuncu faiz artımı da azdır və gələcəkdə də əlavə artımlara hazır olmaq lazımdır;

 

 SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

- Bununla yanaşı, bank sədri proteksionist siyasət fonunda narahatlığını bildirib. Hal-hazırda mənfi nəticələri müşahidə edilməsə də və zəif qiymətləndirilsə də uzun müddətli perspektivdə istiqamətinə vurğu edilib. Yüksək gömrük rüsumları fonunda şirkətlər narahatlıqlarını da FED-ə də bildiriblər, deyə Jerom Povel əlavə edib. Sədr burada getdikcə artan narazılıqdan danışıb və ümumilikdə mənfi hadisə kimi qiymətləndirib;

 

 - Faiz qərarı açıqlamasında sərt monetar siyasətin iqtisadiyyata "dəstəkləyici", "uyğun"olması ifadəsinin çıxarılması da maliyyə bazarlarında gözlənilsə də Povel reaksiyaları zəiflətmək üçün monetar siyasətin iqtisadi inkişafı hələ dəstəklədiyini bildirib;

 

 - Uzun müddətli faiz proqnozları da FED tərəfindən 2.9%-dən 3.0%-ə yüksəldilib. Bu neytral səviyyə hesab edilir ki, iqtisadiyyatı nə gücləndirir, nə də dayandırır. Bundan sonra siyasətin daha da sərtləşdiriləcəyinə dair suallar isə açıqdır;

 

 - Mətbuat konfransı zamanı dünya valyuta birjalarında güclü dalğalanma olsa da bir istiqamət olmayıb. Lakin qiymətli kağızlar bazarlarında gəlirlilik azalıb və qiymətləri faiz qərarı öncəsi səviyyənin üzərində olub. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin tərəfindən hazırlanıb.

27.09.2018 07:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ