Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Sülh üçün maraqlı və mühüm fikir mübadiləsi aparıldı"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sülh üçün maraqlı və mühüm fikir mübadiləsi aparıldı"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Həmsədrlər gələn ay bölgəyə səfər edəcək"


 

"Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə 26 sentyabr tarixində Nyu-Yorkda keçirilmiş görüşü ilə bağlı KİV-in sorğularına cavab olaraq bildirib.

 

Qeyd edək ki, dünən Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.

 

Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli üzrə keçirilən görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

27.09.2018 08:13

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ