Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kələm sovkası yayılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kələm sovkası yayılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lənkəran rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli sayılan zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Bolədi, Xlmoli, Girdəni, Veravul, Vilvan, Separədi kəndlərini əhatə edən 32 hektar kələm sahəsində fitosanitar müşahidələr həyata keçirilib və 10 hektar sahənin kələm sovkası ilə sirayətləndiyi müəyyən olunub.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat subyektləri tərəfindən 6 hektar sahədə kimyəvi mübarizə tədbirləri başlayıb. Mübarizə zamanı Supermetrin tərkibli “Arivo” (200 qr/1 ha) və Primfos-metil tərkibli “Aktellik-K” (500 qr/1 ha) preparatlarından istifadə edilib.

 

Kələm sovkası bütün MDB ölkələrində, eləcə də Rusiyanın Sankt-Peterburq, Moskva, Pskov, Yaroslavl, Kostroma şəhərlərində yayılaraq əkin sahələrinə kütləvi zərər vurub. Azərbaycanda, əsasən də düzən, dağətəyi və dağlıq zonalarında 520 növ sovka yayılıb ki, onlardan 80 növü müxtəlif kənd təsərrüfatı bitkilərinə zərər verir. Quba-Xaçmaz bölgəsində mövcud olan 18 növ zərərli sovkanın 6 növü xaççiçəkli bitkilərə zərər verir.

 

Əkin sahələrinin adıçəkilən zərərverici ilə sirayətlənməsinin qarşısını almaq üçün şitillər erkən əkilməli, bitkiyə yaxşı qulluq edilməli və alaqlarla müntəzəm mübarizə aparılmalıdır.

27.09.2018 09:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ