Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

"Whatsapp"ın qurucusundan peşmançılıq açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Whatsapp"ın qurucusundan peşmançılıq açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük anlıq mesajlaşma platforması "Whatsapp"ı 2009-cu ildə Yan Koum ilə birlikdə quran Brian Acton, yaratdığı şirkətdən öz istəyi gedişindən bir il keçəndən sonra sükunətini pozub.
 

"Marja" xəbər verir ki, "Forbes"ə danışan  Brian Acton, 2014-cü ildə "Whatsapp"ı 19 milyard dollar qarşılığında "Facebook"a satması ilə bağlı olaraq, "O gün istifadəçilərin məxfiliyini satdım, Hər gün bu qərarın ağırıları ilə yaşayıram" - deyib.

 

"Whatsapp"ın dünya miqyasında təxminən 1.5 milyard aylıq aktiv istifadəçisi var.

 

850 MİLYON DOLLARINDAN İMTİNA ETDİ
 

Bu ilin əvvəlindəki "Cambridge Analytic"a qalmaqalından sonra "Twitter" üzərindən başladılmış "Facebook-u Sil" kampaniyasına da dəstək verən Acton, texnologiya sahəsində son illərin ən böyük satışına imza atmasına baxmayaraq, peşman olduğunu açıqlayıb.
 

"Facebook"un İcraçı sirektoru Mark Zuckerberg başda olmaqla şirkətdə çalışan rəhbərlərlə olan fikir ayrılığına toxunan Acton, "Onlar yaxşı iş insanlarıdır. Ancaq mənim qəbul etmədiyim bir sıra iş praktikasını, prinsiplərini, əxlaqını və siyasətlərini təmsil edirlər" deyib
 

"Whatsapp"dakı istifadəçi gizliliyinə toxunan Acton, ""Whatsapp" istifadəçilərinin məxfiliyini daha böyük fayda (gəlir) əldə etmək üçün satdım. Bir seçimi etdim və hər gün bunun peşimançılığı ilə yaşayıram".


 
"Whatsapp"ın banisi Acton, 2017-ci ilin Sentyabr ayında "Facebook"dan, 850 milyon dollarlıq səhmlərindən imtina edərək ayrılıb. Acton, "Cambridge Analytic"a qalmaqalının baş verdiyi 2018-ci ilin Mart ayında "Facebook-u silmək vaxtıdır" deyərək "tweet" atmışdı.

 

2018-ci ilin May ayında da Brain Acton ilə birlikdə "Whatsapp"ın digər qurucusu olan Yan Koum da istefa qərarını açıqlamışdı.
 

Ötən günlərdə, "Facebook"un 2012-ci ildə 1 milyard dollara satın aldığı "Instagram"ın qurucuları Kevin Systrom və Mike Krieger də istefa vermişdilər. "Instagram"ın qurucuları "Marağımızı və yaradıcılığımıza kəşf etmək üçün ayrılırıq" açıqlamasını etmişdilər.

 

Mark Zuckerbergin "yeganə adam" yanaşmasına qarşı olan rəhbərlərin bir-bir şirkətdəki vəzifələrindən istefa etmələri, "Facebook"dakı idarəetmə anlayışına qarşı tənqidlərin də artmasına səbəb olub.

27.09.2018 10:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ