Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azərpoçt"un kartları Türkiyə poçtunun platformasında dəstəklənəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərpoçt"un kartları Türkiyə poçtunun platformasında dəstəklənəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərpoçt” MMC-də Türkiyənin Poçt və Teleqraf Təşkilatının (PTT) nümayəndə heyəti ilə görüş keçirilib.

 

MMC-dən "Marja"ya daxil olmuş məlumata görə, görüşün nəticəsi olaraq “Azərpoçt” MMC və PPT arasında yeni təcili pulköçürməsi sistemi vasitəsilə mübadilə aparılması üçün qarşılıqlı müqavilə imzalanması nəzərdə tutulub.

 

Yeni sistem üzrə aparılacaq alqı-satqı əməliyyatları, eləcə də, bağlamanın çatdırılması əlverişli rüsumla yalnız “Azərpoçt” MMC-nin  və Türkiyə PTT-nin tabeli poçt məntəqələri tərəfindən reallaşdırılacaq.

 

Türkiyə və Azərbaycan arasında pulköçürmələrinin mübadiləsi, həmçinin digər beynəlxalq sistemlər (“Western Union”, “Zolotaya Korona”, “Contact”, “Universal Payment Transfer”) üzərindən həyata keçirilir.

 

Qeyd edək ki, 2010-cu ildən  etibarən Türkiyə ilə “Azərpoçt” MMC arasında onlayn pulköçürmə sistemi vasitəsilə mübadilə aparılır.

 

Həyata keçirilməsi nəzərdə tutulan yeni layihə çərçivəsində, eyni zamanda,  “Azərpoçt” MMC-nin emissiya etdiyi bütün növ beynəlxalq ödəniş kartlarının PTT-nin e-ticarət platformasında dəstəklənməsi planlaşdırılır.

 

Bununla yanaşı, layihə çərçivəsində PTT ilə birgə “MasterCard” loqolu “cobrand” kartlarının emissiya edilməsi, eləcə də sözügedən kartlarla platformada həyata keçirilən əməliyyatlar zamanı bonus proqramlarının işlənməsi nəzərdə tutulur.

27.09.2018 10:46

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ