Ən yuxarı (mobil)_30

Rabitəbank-ın Qadın Sahibkarlara dəstəyi davam edir!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rabitəbank-ın Qadın Sahibkarlara dəstəyi davam edir!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Sentyabr ayının 25-də Bakıda Rabitəbankın sponsorluğu ilə Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilmişdir.

Reklam_3_11

 

Sammitdə qadın sahibkarlarının fəaliyyətinin əlaqələndirilməsin və əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Rabitəbank öz fəaliyyətində qadın sahibkarlarının dəstəklənməsini prioritet istiqamətlərindən biri hesab etdiyindən bu tip tədbirlərin dəstəklənməsində maraqlıdır. Qadınların biznes həyatına atılması üçün Rabitəbank yaratdığı #gücxanımlarda güzəştli kredit məhsulu ilə həmin tədbirdə sahibkar xanımlara məhsulun üstünlükləri barədə geniş məlumat təqdim etmişdir.

 

Rabitəbankın İnsan Resursları departamentinin İşə qəbul və qiymətləndirmə şöbəsinin rəhbəri, Rabitəbankın “Güc xanımlarda” layihəsinin Səfiri Kəmalə Eynullayeva spiker qismində summitdə çıxışı zamanı bunları da söyləmişdir: “Son illərdə qadın sahibkarlarının saylarının xeyli artdığı müşahidə olunur. Sahibkarlığın və kiçik biznesin inkişafının yeni iş yerlərinin yaradılması, işsizliyin azaldılması və məşğulluğun artırılması sahəsində səmərəli vasitə olduğunu nəzərə alsaq,  mövcud və potensial qadın sahibkarların inkişaf proseslərindən kənarda qalmaları bizim özümüzə edə biləcəyimiz ən böyük pisliklərdən biri olardı. Çünki qadın sahibkarlığının inkişafı çox vacib nüanslarla yanaşı həm də yoxsulluğun azaldılmasına, qadınların sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir”.

 

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatında, o cümlədən sahibkarlıq sahəsində rolunun artdığını və regionda qadınların sahibkarlıq fəaliyyətlərinin artırılmasının, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

 

Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammitində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynurə Veysəlova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı və digər çıxış edənlər qadınların məşğulluğunun artırılmasında sahibkarlığın rolunu qeyd edərək, qadın sahibkarlığının genişləndirilməsinin əhəmiyyətindən danışmışdırlar. Qeyd olundu ki, son illər ölkəmizdə bu istiqamətdə aparılan siyasət uğurlu nəticələr verir. Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar və onların sayı getdikcə artmaqdadır.

 

Sahibkar xanımlar üçün nəzərdə tutulmuş #gücxanımlarda layihəsi haqda daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:http://bit.ly/GücXanımlardaBiznesKredit

27.09.2018 12:37

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ