“Medi Club” tələbələrə təqaüd ödəyəcək

Azərbaycan Tibb Universitetinin 10 tələbəsi əlavə aylıq təqaüdlə təmin olunacaq. Universitetin tələbə və rezidentləri pulsuz təlimlərdə iştirak etmək imkanı qazanacaqlar. Bunlar Azərbaycan Tibb Universiteti (ATU) ilə Tibbi Servis şirkəti “Medi Club” MMM arasında əməkdaşlıq müqaviləsində nəzərdə tutulub.

 

"Marja" xəbər verir ki, müqavilə bu gün ATU-nun rektoru,professor Gəray Gəraybəyli ilə “Medi Club”-ın baş direktoru Sabir Adnayev arasında görüş zamanı imzalanıb. Görüşdə müqavilənin şərtləri ətraflı müzakirə olunub və konkret bəndlərlə bağlı razılıq əldə olunub.

 

Müqaviləyə əsasən, “Medi Club” MMM ATU-nun 10 tələbəsinə aylıq 150 manat məbləğində təqaüd ödəyəcək. Bundan əlavə, ATU-nun hər ixtisas üzrə bir rezidentinin kompüter tomoqrafiyası, poliklinik terapiya, pediatriya və təcili yardım  üzrə rotasiya tsikllərini keçməsi üçün öz kliniki bazasını təqdim edəcək. Tibbi Servis şirkəti həmçinin 12 nəfərdən ibarət tələbə və rezidentlərdən ibarət qruplar üçün pulsuz BLS və ACLS təlimlərinin təşkil edəcək.

 

Bundan əlavə, müqavilədə tələbələrin şirkətin bazasında ödənişsiz staj keçməsi və müştərək elmi işlər aparılması da nəzərdə tutulub.

27 Sentyabr 2018 , 15:40   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin