Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiya: Xəzərdə kruiz turizminin inkişafını çox perspektivli hesab edirik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya: Xəzərdə kruiz turizminin inkişafını çox perspektivli hesab edirik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan ilə Rusiyanın bütün sahələrdə əməkdaşlığı fəal inkişaf edir. Xüsusilə turizm sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlarımız həqiqətən çoxdur. Təkcə 2018-ci ilin yanvar-fevral aylarında 600 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Rusiyadan turist axını 17 faiz artıb. Bu sahədə dinamika müsbətdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artım qeydə alınıb. Rusiyalılar Azərbaycanda özlərini həmişə rahat hiss ediblər. Qarşılıqlı münasibətlərin tarixi, əsrlərlə davam edə dostluq, dil baryerinin olmaması, azərbaycanlılara xas olan qonaqpərvərlik ikitərəfli turizm əlaqələrinin inkişafı üçün həmişə əsas olub. Bu münasibətlər qarşılıqlıdır. Azərbaycan vətəndaşları da Rusiya Federasiyasında özlərini heç də az rahat hiss etmirlər.

 

Reklam_3_11

Rusiya Federal Turizm Agentliyinin rəhbəri, Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumun iştirakçısı Oleq Safonov bu fikirləri müsahibəsində söyləyib.

 

O bildirib ki, Forum çərçivəsində “Turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda “dəyirmi masa” keçirilməsi bu sahədə əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə şərait yaradacaq. Dövlət strukturlarının və turizm təşkilatlarının “dəyirmi masa”da iştirak edən nümayəndələri əməkdaşlığın perspektivlərini müzakirə edirlər.

 

O.Safonov deyib: “Hesab edirəm ki, rusiyalıların Azərbaycana axını artacaq. Rusiyalı turistlər istəyirlər ki, Azərbaycana səyahətlərin coğrafiyası genişlənsin. Onlar Azərbaycanın gözəl regionlarına da getmək istəyirlər. Azərbaycan vətəndaşları da Moskvaya və Sankt-Peterburqa getməyi xoşlayırlar, lakin bu şəhərlərdən əlavə, Rusiyada 85 region var, onlar da səyahət üçün çox maraqlıdır”.

 

Federal agentliyin rəhbəri vurğulayıb ki, məsələn, Xəzər dənizində kruiz turizminin inkişafı çox perspektivli hesab edilir. Müxtəlif sərhədaşırı kruiz xətləri çox populyar olacaq.

 

Rusiya Federal Turizm Agentliyinin rəhbəri O.Safonov daha sonra deyib: “Kruiz, qastronomik və etnik turizm yaradılmasına ehtiyac var. Paket turlarının yaradılması məsələsi də müzakirə edilir. Bizim imkanlarımız çoxdur”.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

27.09.2018 13:43

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ