Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Veysəloğlu”dan qiymət açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Veysəloğlu”dan qiymət açıqlaması

 

....marketlərdə qiymətlər bir aydan sonra düşə bilər

Reklam_3_11

 

Vətəndaşlar son günlər Dolların Manat qarşısında ucuzlaşmasına baxmayaraq, marketlərdə qiymətlərin aşağı düşməməsindən şikayətlənirlər.

 

“Marja” xəbər verir ki, Azərbaycanının ən iri istehsal və ticarət şirkəti olan “Veysəloğlu” Şirkətlər Qrupundan İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlham Məmmədov özünün Twitter-dəki profilində manatın məzənnəsinin möhkəmlənməsi zamanı təmsil etdiyi şirkətin qiymət siyasətini əks etdirən tvit paylaşıb.

 

“Dolların məzənnəsi yaxın bir ayda enməyə davam edərsə, qiymətlər də düşəcək. Bu, enməkdə olan kursun nə dərəcəsdə sabit qalmasından çox asılıdır”, - İ.Məmmədzadə yazıb.

 

Qeyd edək ki, “Veysəloğlu” ölkədə fəaliyyət göstərən idxalçı və tədarükçü şirkətlərdən biridir. Marketlər bir çox məhsulları bu şirkətdən alır. Eyni zamanda Araz, SPAR və OBA marketləri “Veysəloğlu” qrupuna bağlıdır.

 

Ölkədə marketləri Veysəloğlu ilə yanaşı, Avrora, Koroğlu, Atropatena və bir sıra iri idxalçı şirkətlər məhsul ilə təmin edir.

15.02.2017 08:13

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ