Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda Beynəlxalq Mühasiblər forumu keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Beynəlxalq Mühasiblər forumu keçiriləcək

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyası (ARPA) və Dünya Bankının Maliyyə Hesabatları üzrə İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Oktyabr 2018-ci ildə Bakı şəhərində yerləşən Hyatt Regency otelində forum keçiriləcək.

 

ARPA-dan "Marja"ya daxil olmuş məlumata görə, Forumda Azərbaycanda yeni mühasibat uçotu standartlarının tətbiqi və mühasibat uçotu sahəsində aparılan islahatlarla bağlı müzakirələr aparılacaq.

 

Forumun keçirilməsində əsas məqsəd “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdən irəli gələn yeni standartlara keçid prosesinin asanlaşdırılmasına töhfə vermək, yeni dəyişikliklərlə bağlı üzləşilə biləcək problemlər və onların həlli yollarını araşdırmaq, mühasibat uçotu üzrə təhsil proqramının hazırlanmasında Azərbaycanın aparıcı ali təhsil müəssisələri və peşəkar mühasibat təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinə nail olmaqdır.

 

Forumda mühasibat uçotu və maliyyə idarəetməsi sahəsində ixtisaslaşmış mütəxəssislərlə yanaşı, nüfuzlu yerli dövlət və özəl müəssisələrin rəhbər vəzifəli şəxslərinin və əcnəbi mütəxəssislərin məruzəçi qismində iştirakı planlaşdırılır. Forumun gələcəkdə müvafiq sahədə vahid platformanın formalaşdırmasına əsas olacağı güman olunur.

27.09.2018 14:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ