Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlət Aqrar Ticarət Şirkəti “Aqroeksport”la əməkdaşlıq memorandumu imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Aqrar Ticarət Şirkəti “Aqroeksport”la əməkdaşlıq memorandumu imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti (DATŞ) ilə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki “Aqroeksport” şirkəti arasında gələcək əməkdaşlıqla bağlı memorandum imzalanıb.

 

Reklam_3_11

Bu barədə  Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

 

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova imzalanmış memorandumu üç aydır fəaliyyət göstərən şirkətin ilk beynəlxalq uğuru kimi qiymətləndirərək deyib: “Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Federasiyasının analoji şirkətləri arasında əməkdaşlıq iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələ olacaq. Həm ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına öz müsbət təsirini göstərəcək, həm də qarşılıqlı əməkdaşlığın faydalarını hər iki tərəf hiss edəcək. Biz, Dövlət Aqrar Ticarət Şirkəti olaraq Rusiyanın ixtisaslaşmış mərkəzləri ilə bu istiqamətdə fəaliyyətimizi daha sıx əlaqələndirəcəyik. Rusiyanın aqrar sahədə fəaliyyət göstərən zəngin təcrübəyə malik şirkətlərinin təcrübəsindən yararlanmaq xüsusilə kiçik və orta fermer təsərrüfatı sahiblərinə faydalı olacaq”.

 

Rusiya şirkətləri ilə əməkdaşlığın daha bir istiqamətinin təcrübə və bilik mübadiləsinin aparılması olduğunu deyən DATŞ rəhbəri iki ölkə arasında münasibətlərin inkişafında aqrar sahənin payının gələcəkdə daha da artacağını, eyni zamanda, fyuçers kontraktlar (müqaviləyə əsaslanan istehsal) vasitəsilə Azərbaycanın keyfiyyətli və təbii kənd təsərrüfatı məhsullarının etibarlı tərəfdaş kimi Dövlət Aqrar Ticarət Şirkəti vasitəsilə Rusiya bazarlarına çıxarılacağını bildirib.

28.09.2018 05:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ