Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda 92 lizinq şirkəti var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 92 lizinq şirkəti var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergilər Nazirliyi indiyə qədər adında "lizinq" (eləcə də "leasing") sözü olan 92 şirkəti dövlət qeydiyyatına alıb.

 

Reklam_3_11

Bu barədə nazirlik yanında kommersiya qurumlarının dövlət reyestrindən məlum olur.

 

Lizinq şirkətlərindən 3-ü dövlətə məxsusdur. Bunlar Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC, “Naxçıvan Aqrolizinq” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 100% törəməsi olan “Beynəlxalq Lizinq” QSC-dir.

 

Sonuncu ilə yanaşı, Azərbaycanda banklara məxsus olan daha 7 lizinq şirkəti var. Bunlar “AGLizinq” QSC, “Atalizinq” ASC, “Günay Lizinq” MMM, “Azərbaycan Sənaye Lizinq”, “Azlizinq”, “NBC Lizinq” və “Turan Lizinq” MMC-lərdir.

 

Bəzi lizinq şirkətlərini isə banklarla onlarla eyni holdinqdə təmsil olunmaları, eyni ofisdə fəaliyyət göstərmələri, səhmdarlarının (təsisçilərinin) eyni şəxslər olmaları bağlayır. Bu baxımdan “Qafqaz Lizinq” MMC “Bank of Baku” ASC-yə, “BTB Lizinq” ASC “Bank BTB” ASC-yə, “Deka Lizinq”, “Standard Lizinq” və “Star Lizinq” MMC-lər isə müvafiq olaraq ləğv prosesində olan “Deka Bank”, “Bank Standard” və “Gəncə Bank” ASC-lərə yaxındır.

 

Azərbaycandakı lizinq şirkətlərinin bəzilərinin səhmdarları isə xarici hüquqi və fiziki şəxslərdir. Məsələn, "Ansar Leasing" ticarət nişanı adı altında fəaliyyət göstərən "Azərbaycan Lizinq Şirkəti" MMC-nin təsisçisi 100% Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, “MCB Lizinq” QSC-nin səhmdarı 99,94% Pakistanın "MCB Bank Ltd." şirkəti, "Parex Leasing and Factoring" MMC-nin təsisçisi isə 100% Latviya vətəndaşı İqor Osipenkodur. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© "Renkinq" 

28.09.2018 06:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ