Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“AMİNOL” standartlarını yüksəldir - İSO-YA MÜRACİƏT ETDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AMİNOL” standartlarını yüksəldir - İSO-YA MÜRACİƏT ETDİ

(®) Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 2011-ci il 21 dekabr tarixli 548 saylı fərmanına əsasən, Sumqayıt Kimya Sənaye Parkında, “ALCO” MMC-ə ayrılan ərazidə, ən müasir Alman texnologiyası əsasında “AMİNOL” ticarət markalı sürtkü yağları istehsal edilir.

 

Zavodun illik istehsal gücü 30 min ton, ümumi investisiyanın həcmi isə 10 milyon ABŞ Dollarıdır.

 

Müəssisədə, əsasən, mühərrik, sənaye, hidravlik, kompressor, turbin, transmissiya və gəmi yağları istehsal edilir. Təklif edilən yağlar tərkibinə görə mineral, yarısintetik və tam sintetik sürtkü yağlarından ibarətdir.

 

Azərbaycanda sənayenin müasirləşdiyi, nəqliyyat vasitələrinin və texnoloji avadanlıqların yeniləndiyi bir dövrdə, yüksək keyfiyyətli sürtkü yağlarına böyük ehtiyac vardır. Yaranan tələbi ödəmək üçün inkişaf etmiş ölkələrdən gətirilən baza yağları və aşqarlar yüksək ixtisaslı xarici və yerli mütəxəssislərin reseptləri əsasında, Alman texnologiyası ilə istehsal edilir və avtomatlaşdırılmış İtalyan avadanlıqlarında qablaşdırılır.

 

Şirkət,  “AMİNOL” sürtkü yağlarının münasib qiymətə təklif edilməsi ilə yanaşı, məhslun keyfiyyətinə xüsusi əhəmiyyət verir. Bu məqsədlə, İSO 9001-2015 beynəlxalq standart alınması üçün Böyük Britaniyanın “GCL İnternational” şirkətinə müraciət olunmuşdur.

 

İSO 9001-2015 standartına görə şirkətin bütün fəaliyyət sahələri əhatə olunmaqla ümumi beynəlxalq idarəetmə maketi yaradılır.

 

Bu sertifikat alındıqdan sonra nizamlı, vahid,  mərkəzləşdirilmiş və ümumi fəaliyyətin bütün sahələrini əhatə edən nəzarət sisteminə malik olduğu və beynəlxalq əməkdaşlıqda tələb olunan standartlara cavab verən idarəetmə sisteminin mövcudluğu təsdiq edilir.

28.09.2018 14:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ