Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qızılın unsiyasının 30 dollardan çox düşəcəyi gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın unsiyasının 30 dollardan çox düşəcəyi gözlənilir

Dünya birjalarında qızılın qiyməti Fed-in faiz artırmaqda davam edəcəyini açıqlaması ilə əlaqədar olaraq aşağı düşür.

 

"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 12:25-də qızılın unsiyası 1183.07 dollardan alıcı tapıb. Qiymətli metal bu ay 1.5 faiz ucuzlaşıb.
 

Qızıl Cümə axşamı günü 1181.96 dollar ilə Avqustun ortasından bu yana ən aşağı səviyyəsini görmüşdü.
 

ABŞ pul vahidinin G-10 ölkələrinin pulları qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi 0.5 faiz yüksəlib. Dollar ardıcıl ikinci rübdür bahalaşır və ilin əvvəlindən bu yana 2 faiz qalxıb. 
 

İqtisadçılar qızılın unsiyasının 1150 dollara və daha aşağı səviyyələrə düşəcəyini gözləyirlər. Buna Fed-in faiz artırması və Dolların bahalaşmasının səbəb olacağı qeyd edilir. Əgər iqtisadçıların proqnozu reallaşarsa qızıl 30 dollardan çox və ya ən azı 2,5% ucuzlaşacaqdır.

 

 1 unsiya 31.1 qrama bərabərdir.

28.09.2018 10:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ