Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"DİA Holding"in tərəfdaşı iflasın astanasında

iç səhifə xəbər başlığı altı (mobil)_31
"DİA Holding"in tərəfdaşı iflasın astanasında
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İtaliyanın "Astaldi" şirkəti iflasın astanasındadır.


"Marja" xəbər verir ki, şirkət Romada konkordat (müflisləşmə razılaşması) üçün məhkəməyə müraciət edilb.

Reklam_3_11

 

"Astaldi", Türkiyədə "Yavuz Sultan Səlim" körpüsündə sahibi olduğu 33 faiz səhminin satışınının gecikməsinə görə maddi çətinlik çəkdiyini açıqlayıb. Satışın gecikməsinin səbəbi Türkiyənin maliyyə vəziyyətindəki son proseslərdir.


"Astaldi", məhkəməyə təqdim etdiyi planda səhmdarların toplantısında kapitalın artırılmasının təsdiq olunduğunu, ancaq bunun həyata keçməsi üçün "Yavuz Sultan Səlim" körpüsündə payının satışının şərt olduğunu da vurğulayıb və 2018 - 2022 dövrünü əhatə edən strateji plandakı hədəflərə çatmağın mümkün olmadığını bildirib.

 
Xəbərin ardından "Astaldi" şirkətinin səhmləri saat  brjada 14.4% dəyər itirərək 1.14 avrodan 0.97 avroya düşüb.

 

İyun ayının sonunda açıqlama verən "Astaldi" şirkətinin İcraçı direktoru Paolo Astaldi, "Yavuz Sultan" körpüsündə payının dəyərinin 350 milyon avro olduğunu bildirmiş və səhmlərin satışı üçün danışıqların davam etdiyini söyləmişdi.

 

Qeyd edək ki, "Yavuz Sultan Səlim" körpüsünün tikintisi üzrə tenderdə "DİA Holding"in ortaq şirkəti "İC İçtaş"- "Astaldi" ortaqlığı qalib elan edilmişdi.

 

"DİA Holding" Azərbaycanda da yaxşı tanınır. Belə ki, Heydər Əliyev Mərkəzi, “Alov” qülələri, “Şahdağ” Turizm Kompleksi "DİA Holding" tərəfindən tikilib. 

28.09.2018 13:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ